Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2024 , 08:12

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Ətraf mühitin mühafizəsində  Nərimanov Bələdiyyəsinin əldə etdiyi təcrübəni hər zaman paylaşmağa hazırıq”

Nərimanov bələdiyyəsinin inzibati binasında  sədr Təmraz Tağıyevin Sahil Bələdiyyəsinin sədri Elmira  Əliyeva ilə görüşü baş tutub. 

Görüşdə “Yaşıl dünya naminə həmrəyliyi ili” çəçivəsində görüləcək işlərdən, habelə həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Təmraz Tağıyev Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzində keçirilən görüşə toxunaraq müşavirədə səslənən təklif və tövsiyələri əldə rəhbər tutaraq layihələrin rəngarəngliyinə diqqət ayrıldığını xüsusilə vurğulayaraq bələdiyyə üzv və qulluqçularının iştirakı ilə geniş ağacəkmə aksiyalarının və digər ekoloji tədbirlərin təşkil olunmasının əhəmiyyətinə toxunub. 

Təmraz Tağıyev vurğulayıb ki,  ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırlıması və təbii sərvətlərdən səmərəli istifadə daim dövlətin diqqət mərkəzindədir. Lakin bələdiyyələrdə bununla bağlı öz dəstəyini göstərməli və icra olunan layihələrdən kənarda qalmamalıdır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA ictimai birliyinin təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtda ağacların qeydiyyata alınmasına və nömrələnməsinə başlanılıb. 

Nərimanov rayonunda bələdiyyənin iştirakıyla Ataturk parkında həyata keçirilən layihə çərçivəsində ilk qeydiyyat lövhəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və sədri Leyla Əliyevanın iştirakıyla vurulub.

Nərimanov Bələdiyyəsinin könüllülərinin iştirakıyla xüsusi olaraq “G” kodlu etiketli nömrələnmə sistemi rayon ərazisndə bütün ağaclara vurulması davam etdirilir. 

Sahil Bələdiyyəsinin sədri Elmira Əliyeva görüşdə irəli sürülən təklif və tövsiyələrin hər birinə diqqətlə yanaşılacağını, bu sahədə bələdiyyənin təcrübəsindən gələcək fəaliyyətdə istifadə ediləcəyini bildirib. Sədr Elmira Əliyeva bildirib ki, artıq bələdiyyənin ekoloji məsələlər komissiyasında tədbirlər proqramı hazırlanaraq bələdiyyə iclasında müzakirəyə təqdim edilib. Hər bir təklif, habelə Nərimanov Bələdiyyəsinin təcrübəsindən istifadə yaralanacaqlarını dilə gətirib.  Xanım sədr bu təşəbbüsə rayonun digər bələdiyyələrində qoşulacağını bildirib.

Təmraz Tağıyev görüşün sonunda ətraf mühitin mühafizəsində bələdiyyənin əldə etdiyi təcrübənin hər zaman paylaşmağa hazır olduqlarını qeyd edib.

Hər iki sədr bu cür görüşlərin “Yaşıl dünya naminə həmrəyliyi ili”ndə davam etdirilməsini məqsədəmüvafiq hesab edib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024